“Barselona”ya bu ölkədə oyun keçirmək qadağan edildi

 
İspaniya Kral Futbol Federasiyası “Barselona” və “Jirona”ya tarixdə ilk dəfə ölkə çempionatının səfər oyununu keçirməyi qadağan edib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, oyunu yanvarın 27-də ABŞ-ın Mayami şəhərindəki “Hard Rock Stadium”unda keçirmək planlaşdırılırdı. Stadionun tamaşaçı tutumu futbol oyunlarında təqribən 65 min nəfər təşkil edir.
 
“Barselona” və “Jirona”, eləcə də “La Liqa” oyunun ABŞ-da keçirilməsi üçün İspaniya Kral Futbol Federasiyasına sorğu göndərmişdilər. Lakin onlar milli federasiyaya sübut edə bilməyiblər ki, ABŞ-da “Barselona”-“Jirona” matçının  təşkil edilməsi ispan və beynəxalq qanunvericilik çərçivəsinə sığır. Federasiya hesab edir ki, görüşün Mayamidə keçirilməsi azarkeşlərin və “La Liqa”nın qalan 18 klubunun hüquqlarını pozacaq.

DİGƏR XƏBƏRLƏR

Top