
Rusiyanın ABŞ-da prezident seçkilərinə mümkün müdaxilə cəhdlərini araşdıran xüsusi prokuror Robert Müller “Crocus Group” holdinqin prezidenti Araz Ağalarov və holdinqin ABŞ vətəndaşı olan vitse-prezidenti İrakli Kaveladze arasında pul köçürmələri ilə maraqlanıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı sənədlər mövcuddur.
Sənədlərə əsasən, ABŞ Prezidenti Donald Trampın oğlu rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə Nyu-Yorkda görüşməzdən bir neçə gün əvvəl A. Ağalarovun hesabından İ. Kaveladzenin hesabına Amerika bankları vasitəsi ilə 3,3 milyon dollar köçürülüb.
Tranzaksiyaların həyata keçirildiyi banklar - “Citibank”, “JPMorgan Chase” və Morgan Stanley” bu əməliyyatları şübhəli hesab ediblər və bu barədə müvafiq instansiyalara məlumat veriblər. Bununla belə, sənədlər həmin əməliyyatların birbaşa görüşə hazırlıqla bağlı olduğunu göstərmir.
Tətbiqimizi yükləyə bilərsiniz