Bu il az yeyib, çox siqaret çəkmişik


Bu ilin ilk 8 ayı ərzində əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə papiros və siqaret istehsalında 4,4 dəfə artım qeydə alınıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, son 8 ay ərzində ölkədə 2 milyard 363,3 milyon ədəd papiros və siqaret istehsal olunub.
Bundan başqa bu ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə konyak istehsalı 4,4 dəfə, şərab (üzüm) istehsalı 33,8%, pivə istehsalı 15,8% artıb.
Hesabat dövrü ərzində qida məhsullarının istehsalında isə 1% azalma müşahidə olunub. Cem və marmeladların istehsalı 0,7%, kolbasa məmulatlarının istehsalı 1,4%, duru bitki yağlarının istehsalı 8,1%,  kərə yağı istehsalı 7,4%, marqarin istehsalı 10,1%, pendir və kəsmik istehsalı 3,2%, qənd və şəkər tozu istehsalı 35,7% azalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top