Rusiaylı bloger Qarabağı su yoluna çevirib: Xarici İşlər Nazirliyi hara baxır?


Rusiyalı bloger və səyyah Nataliya Antoxina Dağlıq Qarabağa etdiyi səfər barədə təəssüratlarını paylaşıb. Yeniavaz.com xəbər verir ki, Rusiyalı bloger yazıb ki, mən 3 il əvvəl Qarabağa səfər edəndə burada turistlərin sayı az idi: "Lakin budəfəki səfərmiz zamanı turistlərin sayının dəfələrlə artığını gördüm".
Seperatçı rejim tərəfindən Qarabağda - Xocavənd rayonunun Tuğ kəndində təşkil olunan "Şərab festivalı"nda  iştirak edən Nataliya Antoxina qeyd edir ki, festivalda bizimlə bərabər Rusiyadan, Cənubi Koreyadan, Yaponiyadan, Sinqapurdan,  Macarıstandan, Latviyadan, İsraildən, İtaliyadan turistlər, jurnalistlər və blogerlər  iştirak edirdilər.
Nataliya Antoxina yazır ki, onlar "Artsaxa" Ermənistan ərazisindən daxil olublar və  Rusiya vətəndaşı kimi ona viza lazım olmayıb: "Sərhəddən  keçmək üçün biz cəmi 15 dəqiqə vaxt sərf etdik. Çoxları elə düşünür ki, Qarabağda müharibə gedir. Ancaq bura olduqca sakitdir. Yalnız sərhədə yaxın ərazlərdə bəzən atəş səsləri eşidilir ki, o bölgəyə də turistlərin daxil olması qadağandır".
Maraqlı məqamlardan biri isə odur ki, Rusiyalı bloger və səyyah Nataliya Antoxinanın özünün də qeyd etdiyi kimi, 3 il əvvəl də Qarabağa səfər edib. Lakin qəribdədir ki, sosial şəbəkələrdə kifayət qədər aktiv olan və səfərləri barədə şəxsi "veb-səhifəsində" yazılar yazan bu şəxsin adı indiyə kimi  Xarici İşlər Nazirliy tərəfində Qarabağa qanunsuz səfər edənlərin siyahısına salınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top