
“Facebook” əməkdaşları istifadəçilər üçün o cümlədən gələcək görüşlər məqsədilə virtual ünsiyyəti asanlaşdırıan əlavəni test rejimində işə salıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, yeni xidmət Kolumbiyada sınaqdan keçirilir, hazırda o, “Facebook”un mobil əlavəsinə tam inteqrə edilib və hələlik kompütərlərdə əlçatan deyil.
Servisdən 18 və daha yuxarı yaşda olan istifadəçilərə yararlanmağa icazə verilir. Hazırda əlavə tam pulsuzdur, orada reklamlar yoxdur, ödənişə görə əlavə xidmətlər də nəzərdə tutulmayıb. Servisdə qeydiyyatdan keçmək istəyənlər özləri barədə qısa məlumat yazmalı, bir sıra suallara cavab verməli və məqsədlərini izah etməlidirlər. Onlar, həmçinin öz yerlərini dəqiqləşdirməlidirlər, bu, GPS qlobal naviqasiya sisteminin köməkliyi ilə yoxlanılacaq. Tanışlıq üçün namizədləri 100 kilometr radiusda tapmaq olar.
iOS əməliyyat sistemlərində işləyən mobil qurğuların sahibləri özlərinin 9-dək şəklini, “Android” istifadəçiləri isə 12 şəkil yükləyə bilərlər. Şəkilləri “Facebook” və ya “Instagram” akkauntlarından, eləcə də smartfondakı fotoqalereyadan götürmək mümkündür. Sistem tanışlıq üçün namizədlərin axtarışını istifadəçilərin təqdim etdiyi məlumatlar, onların maraqları, ümumi dostların olmasını nəzərə alaraq aparacaq. Təklif edilən şəxslərin siyahısına “Facebook”dakı dostlar siyasında olanlar daxil edilməyəcək. İstifadəçilər gün ərzində ümumilikdə 100-dək şəxsə dialoq üçün sorğu göndərə bilər.