
Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununda məğlub olub. Yeniavaz.com xəbər verir ki, Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşan Ağdam təmsilçisi görüşün ikinci hissəsində qapısında iki top görüb. Qolları
54-cü dəqiqədə Rafinya, 88-ci dəqiqədə Covani Kabral vurublar.
Qarşılaşma zamanı "Qarabağ" itki ilə də üzləşib. Oyuna kapitan sarğısı ilə çıxan Maksim Medvedev epizodların birində zədələnib. Futbolçu görüşü davam etdirə bilməyib və 62-ci dəqiqədə Abbas Hüseynovla əvəzlənib. Kapitan sarğısı isə Qara Qarayevə keçib. "Qarabağ"ın əsas kapitanı Rəşad Sadıqov da zədə səbəbilə oyunda iştirak etməyib.
Qeyd edək ki, "Qarabağ" növbəti oyunu oktyabrın 4-də Bakıda baş tutacaq. Ağdamlılar İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz