Ərdoğan 30 ABŞ şirkətinin rəhbəri ilə görüşüb


Türkiyə-ABŞ münasibətləri ticarətin hesabına güclənəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada amerikalı iş adamları ilə görüşün yekunlarına dair çıxış edərkən bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə ölkə iqtisadiyyatına investisiya yatırımlarının artırılmasına böyük diqqət ayırır.

Qeyd edək ki, ötən gün Türkiyəli lider Ankarada 30 ABŞ şirkətinin rəhbəri ilə görüşüb.(fins.az) 

DİGƏR XƏBƏRLƏR

Top