Bu il kafe və restoranlarda daha çox pul xərcləmişik


Bu ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və s.) 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 905,9 milyon manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 370,8 milyon manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top