Sevil Nuriyevanın əri İstanbulda öldürülüb


Türkiyədə azərbaycanlı iş adamı güllələnib. Yeniavaz.com "Sözcü"yə istinadən xəbər verir ki, İstanbulda iş adamı Etimad İsmayılov iş otağında silahlı hücuma məruz qalıb. Başından və ürək nahiyəsindən güllə yarası alan E.İsmayılov xəstəxanada dünyasını dəyişib. Hazırda İstanbul polisi sui-qəsdi törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun saxlanılması üçün əməliyyat keçirir.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. 
E.İsmayılovu öldürməkdə şübhəli bilinən Gözəl Dəmirov isə Bakının Suraxanı rayonunun keçmiş polis rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov həm Türkiyədə, həm də Azərbaycanda bizneslə məşğul olur. Dəmirovun “Fənərbağça” klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu bilinir.

DİGƏR XƏBƏRLƏR

Top