
“Barselona” klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasının oyunlarında het-triklərin sayına görə rekord müəyyənləşdirib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, forvard turnirin qrup mərhələsinin birinci turunda Hollandiyanın PSV klubu ilə görüşdə üç dəfə fərqlənib. Bununla da L. Messi Çempionlar Liqası çərçivəsində səkkizinci dəfə het-trik rəsmiləşdirib və bu göstəricidə “Yuventus”un forvardı Kriştianu Ronaldunu qabaqlayıb. Portuqaliyalı futbolçunun hesabında yeddi het-trik var.
Tətbiqimizi yükləyə bilərsiniz