Tarixin ən bahalı Çempionlar Liqası - İNFOQRAFİKA

Dünəndən başlayaraq UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib. Yeniavaz.com xəbər verir ki, UEFA tərəfindən təşkil olunan Avropanın aparıcı klub futbol turnirinin 64-cü mövsümü 1 iyun 2019-cu il tarixinə kimi davam edəcək.
"Transfermarkt"in hesablamalarına görə, Çempionlar Liqasının bu mövsumu həm də transfer qiyməti ən yüksək olan oyunçuların oynadığı turnir kimi tarixə düşüb. Bu mövsümün ən bahalı 11-liyinin transfer qiyməti ümumilikdə 1,17 milyard avroya bərabər olub. İlk 11-liyin ən bahalı oyunçuları isə Neynmar və Messi olub. Onların hər birinin  transfer qiymətinin 180 milyon avro olduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, UEFA Çempionlar Liqası Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. 1955-ci ildən keçirilən turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku adlanıb. 1992-1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır.


 

DİGƏR XƏBƏRLƏR

Top