Putin Netanyahuya: Bir daha olmasın

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışığı zamanı bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyada keçirdiyi əməliyyat bu ölkənin suverenliyini pozmaqla edilir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, V. Putin bununla İsrail HHQ-nin sentyabrın 17-də fəaliyyəti nəticəsində Rusiyanın “İl-20” təyyarəsinin vurulmasına və 15 hərbçinin həlak olmasına reaksiya verib.

 

Onun sözlərinə görə, indiki halda təhlükəli insidentlərin qarşısının alınması haqqında Rusiya-İsrail razılaşmalarına da əməl olunmayıb, nəticədə Rusiya təyyarəsi Suriya Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin atəşi altına düşüb. V. Putin bununla yanaşı, İsrail tərəfinə bundan sonra belə şəraitlərə yol verməməyə çağırıb.

 

B. Netanyahu isə öz növbəsində, rusiyalı hərbçilərin həlak olmasına görə başsağlığı verib və təyyarənin düşməsinə görə məsuliyyəti Suriyanın üzərinə atıb. O əlavə edib ki, İsrail hava gəmisinin düşməsinin araşdırılması üçün bütün zəruri məlumatı Rusiyaya verməyə hazırdır. Baş nazir V.Putinə xüsusən İsrail HHQ-nin rəhbərini Moskvaya göndərməyi təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top