Şərqi Türküstan həqiqətlərini dünyaya car çəkən ailə Türkiyəyə buraxılmadı

Çin hökumətinin uyğur türklərinə qarşı təşkil etdiyi toplanış düşərgələri barədə dünyaya məlumat verən Ömirbek Əlinin xanımı Röşengül Taşmuhammet və qızının Türkiyəyə girişinə icazə verilməyib.

 

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çinin Sintszyan-Uyğur Muxtar Əyalətində müəyyən müddətdir toplanış düşərgəsi qurduğu və bölgənin xarici aləmlə əlaqələrini kəsdiyi iddia edilir.

 

Bölgədəki vəziyyətlə bağlı məlumatlar məhdud şəkildə bölüşülür. Bu çərçivədə Şərqi Türküstandakı toplanış düşərgələrinə dair xarici aləmə məlumat ötürən Ö. Əlinin arvadı R. Taşmuhammet və qızı Türkiyəyə buraxılmayıb.

 

Onların İstanbul Atatürk Hava Limanında saxlanıldığı və Çinə təhvil veriləcəkləri gözlənilir. Türkiyədə Ədalət və İnkişaf Partiyasının Uyğur türklərinə qarşı siyasəti, onları deportasiya etmə qərarları bir müddətdir tənqid edilir.

DİGƏR XƏBƏRLƏR

Top