Yaxınlarını hərbi xidmətə yola salan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI


Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin "N" saylı hərbi hissəsində hərbi and içməsi xəbəri ölkədə gündəm oldu. ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı hərbi hissəsində xidmət edir.

Mövzunun aktuallığını nəzərə alıb, Yeniavaz.com saytı müxtəlif illərdə övladlarını, yaxınlarını hərbi xidmətə yola salan məşhurların siyahısını təqdim edir.

- Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin oğlu hazırda hərbi xidmətdədir. Onun oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb. O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.
M. Quliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

- Nazir İbrahimov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olarkən oğlunu hərbi xidmətə yola salması barədə mətbuatda məlumat yayılmışdı. Bildirilirdi ki, onun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb. E. İbrahimov Londonda ali təhsil alıb. Ancaq Elnur İbrahimov hərbi xidmətə yollandıqdan sonra onun barəsində qalmaqallı xəbər yayılmışdı, iddia olunurdu ki, onun adı hərbi xidmətdə olsa da, özü mülki həyatda sərbəst həyatını yaşayır.

- Hüseynqulu Bağırov Ekologiya və Təbii Sərvətlər naziri olarkən onun övladları hərbi xidmətdə olublar. Bu barədə onun oğlanlarını tanıyan şəxslərdən biri məlumat vermişdi.

- Tanınmış müğənni Roza Zərgərli də bir müddət əvvəl oğlu Corcu hərbi xidmətə yola salıb. İfaçı övladının andçimə mərasimində göz yaşlarını saxlaya bilməyib.

- Bir neçə il öncə sevilən müğənni Tacir Şahmalıoğlu da övladını hərbi xidmətə yola salmışdı. Şahmalı Taciroğlunu N saylı hərbi hissədə xidmət edib.

- Müğənni Azad Şabanov hərbi xidmətdə olarkən barəsində çox yazılıb. N saylı hərbi hissədə xidmət edən A. Şabanov əsgərliyi başa vurub və öz sənəti ilə məşğuldur.

- Xalq artisti Nisə Qasımova nəvəsini hərbi xidməyə yola salıb. Onun nəvəsi Pərviz N saylı hərbi hissədə xidmət edib.

- Qardaşını hərbi xidmətə yola salarkən onunla birgə fotosunu paylaşan müğənnilərdən biri də müğənni Röyadır. Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov N saylı hərbi hissədə xidmət edib.

- Müğənni Elçin Hüseynov qardaşı oğlunu hərbi qulluğa yola salarkən fotosunu paylaşmışdı. Məzahir əsgərliyini Şəkidə N saylı hərbi hissədə çəkib.

DİGƏR XƏBƏRLƏR

Top