Qətər əmiri Ərdoğana hədiyyə göndərdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq edib ki, Qətər əmiri Türkiyəyə dəyəri 500 milyon dollar olan “Boeing 747-8” lüks sinfə məxsus təyyarə hədiyyə edib. Prezidentin bu fikirlərini “Sabah” nəşri yayıb.

Bundan öncə Türkiyə KİV bildirmişdi ki, Qətər əmiri Tamim ibn Hamad əl Tani Ərdoğana dünyanın ən bahalı və ən böyük şəxsi təyyarəsini hədiyyə verib.

“Dəyəri 500 milyon dollar olan bu təyyarə satışa çıxarıldı. Biz onunla maraqlandıq. Bunu bilən Qətər əmiri təyyarəni mənə yox, Türkiyəyə hədiyyə etdi”, - Ərdoğan deyib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top