
80 yaşlı kişini öküz vuraraq ağr xəsarət yetirib.
Yeniavaz.com xəbər verir ki, xoşagəlməz hadisə Yevlaxın Tanrıqullar kəndində baş verib. Kənd sakini Nadir Mehdiyev səhər saatlarında öz təsərüffatında olan mal-qaranı örüşə aparan zaman heyvanlardan ayrılan öküz ona hücum edib. İribuynuzlu heyvan yaşlı kişini vurub yerə yıxaraq qol və burun nahiyəsindən ciddi xəsarət yetirib. Yaralı qonuşların köməyi ilə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan kənd sakinin vəziyyəti kafi qiymətləndirilir.
Uzun illərdir Tanrıqullar kəndində heyvandarlıqla məşğul olan Nadir Mehdiyev kənddə tək yaşayırmış. Övladları Rusiyada olduğundan onları qonşular məlumatlandırıb. Firdovsi Mehdiyev atasının ağır xəsarətlər aldığını, əməliyyat ediləndən sonra səhhətinin normalaşdığını bildirib. Hazırda xəstəxanada müalicə alan 80 yaşlı kişinin vəziyyəti kafi qiymətləndirlir.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz