Məmurların gizli telefon danışığını yayan saytda axtarış aparılıb - Ermənistanda

Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə sentyarbın 17-də axtarış aparılıb. Məlumatı “Yerevan.today” saytı yayıb.

Xatırladaq ki, sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər. (Report)

DİGƏR XƏBƏRLƏR

Top