"ADAU-nu fərqlənmə diplomu ilə bitirənlər ixtisasları üzrə işlə təmin olunacaqlar"

Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirən tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar.

Yeniavaz.com xəbər verir ki. Bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2018/2019-cu tədris ilinin açılış mərasimində iştirakı zaman kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş zamanı Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Bu il ilk olaraq 10 belə tələbənin işlə təmin olunacağını deyən nazir, növbəti ildən bu rəqəmin daha da artacağına ümidvar olduğunu deyib.

Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması barədə məlumat verən nazir İnam Kərimov qeyd edib ki, xidmətyönümlü fəaliyyət göstəriləcək.

"DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir. ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər",- deyə nazir vurğulayıb.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top