Türkiyəli iş adamları İrəvan-Diyarbəkir aviareysinin açılmasına istəyirlər

Türkiyənin Diarbəkir vilayətindən olan bir qrup iş adamı Ermənistanın paytaxtı İrəvana səfər ediblər. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Diyarbəkir Ticarət və Sənaye Palatasının sədr müavini Hüseyn Pərvanə İrəvanda Ermənistan Sahibkarlar (İşəgötürənlər) Təşkilatının nümayəndələri ilə görüşdə onlardan İrəvan və Diyarbəkir şəhərləri arasında birbaşa aviareysinin açılmasına kömək etmələrini istəyib.

Ermənistan Sahibkarlar Təşkilatının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, qurumun rəhbəri Arsen Qazaryan bildirib ki, onlar da bu təşəbbüsü dəstəkləyirlər. Qazaryan deyib ki, 2009-cu ildə onlar İrəvan-Van aviareysinin açılmasını təklif etsələr də, sonradan iki ölkə arasında olan siyasi münasibətlər səbəbindən baş tutmayıb.

Məlumatda həmçinin qeyd olunur ki, iki təşkilat - Diyarbəkir Ticarət və Sənaye Palatası ilə Ermənistan Sahibkarlar Təşkilatı arasında daha əvvəl - 2011-ci ildə Diyarbəkir şəhərində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top