Rusiyalı turistlərin payız fəslində ən çox səyahət etmək istədikləri MDB şəhəri Belarusun paytaxtı Minskdir. Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Bakı şəhəri siyahıda 3-cü sırada qərarlaşıb.
İkinci sırada Qazaxıstanın paytaxtı Astana yer alır.
Rusiyalı turistlərin payız fəslində ən çox səyahət etmək istədikləri MDB şəhərlərinin sıralamasında ilk 5-liyi İrəvan (Ermənistan) və Daşkənd (Özbəkistan) tamamlayır.
Siyahıda növbəti yerləri müvafiq olaraq Almatı (Qazaxıstan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) tamamlayır.