Göygöldə 17 yaşlı oğul 38 yaşlı atasını ÖLDÜRDÜ

Göygöl rayonunda qətl hadisəsi törədilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top