
Paytaxtda 13 000 000 AZN qiymətində ev satılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə elan dünən (15 sentyabr) bina.az saytında yerləşdirilib.
Məlumata əsasən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən 5 otaqlı ev çox baha qiymətə satılır.
Belə ki, ümumi sahəsi 4 sot olan evin yaşayış sahəsi 255 kvadratmetr təşkil edir.
Bu cür villaya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 13 000 000 manat ödəməli olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz