Tramp Çindən idxal olunan əlavə mal qruplarına rüsum tətbiq edəcək

ABŞ 17 və ya 18 sentyabr tarixlərində Çindən idxal olunan 200 milyard dollar dəyərində əlavə mal qruplarına ilkin olaraq planlaşdırıldığını kimi 25 faiz deyil, təqribən 10 faiz dərəcəsində rüsum tətbiq edəcək.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Qəzetin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Administrasiyası həmçinin 27-28 sentyabr tarixlərində Vaşinqtonda Çin nümayəndələri ilə ticarət danışıqlarının yeni mərhələsinə başlamağı nəzərdə tutub. Danışıqlarda ABŞ nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək.

DİGƏR XƏBƏRLƏR

Top