Azərbaycanda dəhşətli qəza: Maşın yaşlı qadının üzərinə aşdı…

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı “10-ZP-823” dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hazırda soyadı məlum olmayan Güldəstə adlı qadın hadisə nəticəsində ölüb. Maşının sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top