Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayə 78,6 milyon dollar azalıb

Bu ilin ilk yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 136,5 milyon dollar sərmayə yatırıb. Yeniavaz.com Gürcüstanın Milli Statistika İdarəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, ilin ilk 6 ayı ərzində Gürcüstana ən çox investisiya qoyan ölkə Azərbaycan olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 36,5% və ya 78,6 milyon dollar azalıb.

Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 676,2 milyon dollar olub.

Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların 20,2%-i Azərbaycanın payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top