
Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan daha ölkənin daxili siyasətinə təsir etmirlər və siyasi meyitdirlər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib: “Mən artıq bir dəfə bəyan etmişəm ki, Robert Koçaryan və Serj Sarqsyan siyasi faktorlar deyillər. Onlar siyasi meyitdirlər, lakin bu o demək deyil ki, siyasi meyitlər olaraq onlar qanun qarşısında cavab verməli deyillər”.
Tətbiqimizi yükləyə bilərsiniz