Ərdoğan Paşinyana zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, R.T. Ərdoğan telefon danışığı zamanı Qarsda heyvan otararkən Ermənistan sərhədini keçdiyi üçün həbs edilən Ümid Əli Özmeninin azadlığa buraxılmasını istəyib.

16 yaşlı Ümid sərhədi pozduğuna görə 45 gündür Ermənistanda həbsdə saxlanılır. N. Paşinyan Türkiyə Prezidentinin istəyinə müsbət cavab verib. Qarslı Ümidin gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı Türkiyəyə təhvil veriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top