Bu sadə üsul ayaqqabıdakı qoxunu 1 gecədə yox edir - Bunu bilirdinizmi?

Ayaqqabının içindən pis qoxu gəlməsi, tər iyi çoxlarını narahat edən bir problemdir.

Bəzən ayaqqabıdakı pis qoxu o qədər artır ki, ayaqları gün ərində bir neçə dəfə yumaq, corabları dəyişmək də işə yaramır. Ya gedib təzə ayaqqabı almalısan, ya da gərək səhərdən axşamadək ayaqqabını qonaq getdiyin yerdə, iş yerində ayağından çıxarmayasan. Xüsusilə kollektiv ofis işində çalışan insanlar üçün bu çox ciddi problemdir.

Yeniavaz.com-un Türkiyə KİV-nə istinadən məlumatına görə, bu problemi bir neçə saat ərzində, heç bir xərc çəkmədən həll etmək mümkündür.

Ayaqqabılardakı tər qoxusunu azaltmaq üçün indi sizə təqdim edəcəyimiz bu üsulu çox rahatlıqla sınaqdan keçirə bilərsiniz. Belə ki, bunun üçün ayaqqabınızın içinə 2 ədəd paket çay qoymalısınız. Bir gecə öncədən ayaqqabının içinə yerləşdirəcəyiniz çay paketi sabaha qədər ayaqqabınızdakı qoxunu alacaq. Elə də xərc tələb etməyən bu üsulla çoxlarını narahat edən bu problemi həll edə bilərsiniz...

DİGƏR XƏBƏRLƏR

Top