Amerikalı senator Qarabağa qanunsuz səfər edib: ABŞ-da "Artsax" kilsəsi açılacaq

ABŞ-ın Kaliforniya ştatının senatoru Entoni Portantino Dağlıq Qarabağa səfər edib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, senatoru Entoni Portantinonu Kaliforniya ştatının Qlendeyl şəhərinin meri, erməni millətindən olan Zareh Sinanyan və şəhər merinin katibi Artaşes Katsaxyan müşayət ediblər.

Dağlıq Qarabağda qondarma respublikanın "rəsmiləri" ilə görüşən senator bölgədə istehsal olunana məhsulların Kaliforniya ştatına ixrac imkanlarını müzakirə edib.

Senatorla görüşən qondarma qurumun "dövlət naziri" Qriqori Martirosyan bildirib ki, oktyabrın 2-də Qlendeyl şəhərində "Artsax" kilsəsinin rəsmi açılışı olacaq.

Məlumat üçün qeyd edək ki, Kaliforniya ştatının Qlendeyl şəhəri ABŞ-da ermənilərin sıx yaşadığı şəhərlərdən biridir. 200 minə yaxın əhalisi olan bu şəhərin təxminən 1/3-i ermənilərdən ibarətdir. Şəhərin meri və digər əksər inzibati vəzifələrdə işləyənlər milliyətcə ermənidir.

DİGƏR XƏBƏRLƏR

Top