ABŞ bu ölkəyə 2 milyard dollar dəyərində 8 təyyarə satdı

ABŞ Dövlət Departamenti 6 ədəd sualtıqayıq əleyhinə “Boeing P-8A” təyyarəsinin Cənubi Koreyaya satışını qəbul edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, təyyarələrin ümumi dəyəri 2,1 milyard dollardır.

Həmçinin, bildirilir ki, Cənubi Koreyaya 64 ədəd “Patriot MIM-104E Guidance Enhancement Missile-TBM missiles” zenit-idarə olunan raketin satışını qəbul edib. Bu raketlərin ümumi məbləği isə 501 milyon dollardır.

ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Cənubi Koreya ilə müqavilə bu ölkənin müdafiə qabiliyyətini möhkəmləndirəcək: “Bu avadanlığın satışı regionda balansı dəyişməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top