"Oyunbazlığına görə cavab verəcəksən” - Baloğlan Əşrəfov

Prodüser Samir Xəttabın əməkdar artist Baloğlan Əşrəfovun ünvanına səsləndirdiyi "öz cibimdən pul verib bilet payladım ki, zalda adam olsun" açıqlamasına qarşı tərəfin cavabı özünü çox gözlətməyib. Yeniavaz.com xəbər verir ki, yenicag-a açıqlama verən müğənni susmayıb: "Mən hələ o günə qalmamışam ki, kimsə konsertimə cibindən bilet alıb, paylasın. Heç vaxt belə şeyləri qəbul etməmişəm, ayıbdır. Adama deyərlər, sən kimsən ki, cibindən pul ödəyib, kiməsə bilet alasan? Sən oyunbazlığına görə cavab verəcəksən".

DİGƏR XƏBƏRLƏR

Top