"Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir" ifadəsi AŞPA-nın hesabatına salınmayıb?

Ermənistan parlamentinin vitse-spikeri və eyni zamanda AŞPA-da (Avropa Şurası Parlament Assambleyası) Ermənistan nümayəndə heyətinin rəhbəri olan Arpine Hovannisyan "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb ki, AŞPA-nın oktyabr ayında açıqlanacağı gözlənilən növbəti hesabatına "Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir" ifadəsi daxil edilməyib.

Yeniavaz.com bildirir ki, Arpine Hovannisyan öz açıqlamasında qeyd edib ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin bütün cəhdlərinə baxmayaraq bu ifadənin hesabata salınmasının qarşısı alınıb. O əlavə edib ki, bu barədə vaxtından əvvəl açıqlama verməsinə səbəb iki gün əvvəl Azərbaycan prezidentinin bu mövzudakı çıxışı olub.

DİGƏR XƏBƏRLƏR

Top