Kərə yağı dünyada ucuzlaşır: Azərbaycanda qiymət dəyişmir - CƏDVƏL

Dünya bazarlarında kərə yağının qiyməti ucuzlaşmaqda davam edir. Lakin, bu ucuzlaşmaya baxmayaraq Azərbaycana xaricdən gətirilən kərə yağının qiymətində ciddi dəyişiklik müşahidə olunmur. Yeniavaz.com GDT-yə (Global Dairy Trade) istinadən bildirir ki, kərə yağının qiyməti son 4 ay ərzində 26%-dən çox ucuzlaşaraq ilin əvvəlində qeydə alınan səviyyədən də aşağı düşüb.

Məlumat üçün bildirək ki, ötən ilin avqust-sentyabr aylarında kərə yağının qiyməti rekord səviyyəyə yükəslərək 1 ton üçün 6 min dollardan baha satılıb. Daha sonra ucuzlaşmağa başlayan kərə yağının qiyməti ötən ilin sonunda 4 min 500 dollara qədər geriləyib. Bu ilin əvvəlindən isə kərə yağı yenidən bahalaşıb və qiyməti may ayında 5 min 800 dollara yüksəlib. Qeyd etdiyimiz kimi, may ayından sonrakı tarixlərdə isə kərə yağının qiyməti sürətlə ucuzlaşmağa başlayıb və sentyabr ayının ilk günlərində dünya bazarlarında 1 ton üçün 4 min 300 dollardan aşağı düşüb.

Maraqlıdır ki, aralarında Avstraliya, Yeni Zelandiya, Avropa ölkələri və ABŞ-ın da yer aldığı aparıcı kərə yağı bazarlarında qiymətlər aşağı düşsə də idxal olunan kərə yağının gömrük dəyərində heç bir ciddi dəyişiklik olmayıb.

Bu ilin yanvar ayında dünya bazarlarında kərə yağının orta qiyməti 1 ton üçün 4,5 - 5 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən (DGK) açıqlanan məlumatlara istinadən bildirir ki, eyni dövürdə Azərbaycana idxal olunan kərə yağının orta gömrük dəyəri 1 ton üçün 5,87 min dollar olub. Sonrakı aylarda da idxal olunan kərə yağının qiymətində ciddi dəyişiklik olmayıb. Ötən ay dünya bazarında kərə yağının 1 tonu 4,4-4,8 min dollar arasında dəyişdiyi halda idxal yağın gömrük dəyəri 5,7 min dollardan yüksək olub.

Son 8 ayda dünya bazarında kərə yağının qiyməti və ölkəyə idxal olunan kərə yağın gömrük dəyəri bu cür olub:

DİGƏR XƏBƏRLƏR

Top