Skripalları zəhərləməkdə şübhəli bilinənlər danışdı

Skripalların işi üzrə Londonun şübhəli bilditi Ruslan Boşirov və Aleksandr Petrov bildiriblər ki, Solsberiyə dostlarının məsləhəti ilə turist kimi gediblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə onlar müsahibələrində deyiblər.

R. Boşirovun sözlərinə görə, Solsberi məşhur kilsəsi olan turizm şəhəridir: “Biz lap əvvəldən Londona gəlməyi və burada dincəlməyi planlaşdırırdıq. Bu, biznes səfəri deyildi. Elə planlaşdırmışdıq ki, həm Londonda, həm də Solsberidə olaq”. Onlar təsdiq ediblər ki, Ruslan Boşirov və Aleksandr Petrov həqiqi adlarıdır.

Şübhəlilər bildiriblər: “Özümüzlə “Nina Ricci” ətir flakonlarını götürməmişdik. Normal kişilərin özlərilə qadın ətirləri aparması axmaqlıq deyilmi? Gömrükdən keçəndə hər şeyi yoxlayırlar. Onlar kişinin baqajında qadın ətirlərinin olması nəyə lazımdır sualını verərdilər”.

Britaniya polisi sentyabrın əvvəlində ətir flakonlarının fotosunu yayımalaraq bəyan etmişdi ki, onların içərisində əsəb-iflic maddəsi var və ondan Eysmberi sakini ölüb. Flakonun yalandan “Nina Ricci” ətri olduğu görüntüsü yaradılır.

R. Boşirov və A. Petrov əlavə ediblər ki, fintes-sənayesində sahibkardırlar və Britaniya tərəfinin iddia etdiyi kimi Baş Kəşfiyyat İdarəsinin əməkdaşları deyillər: “Biznesimiz haqqında danışsaq, işlədiyimiz insanlar zərər görəcəklər. Küçəyə çıxa bilmirik, qorxuruq”.

DİGƏR XƏBƏRLƏR

Top