Ermənistanda səs yazısı qalmaqalına görə xüsusi komisisya yaradıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın telefon danışığının dinlənilməsi ilə bağlı parlament xüsusi komissiya yaradıb. Ermənistan KİV xəbər verir ki, komissiya bu işdə təqsirli olan şəxslərin tapılmasına çalışacaq.

“Komissiya 11 nəfərdən ibarət olacaq. Respublika partiyasına 5 yer, “Yelk” fraksiyasına 3, “Tsarukyan” blokuna 2 və daşnaklara 1 yer ayılacaq”-deyə spiker Ara Babloyan açıqlama verib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top