Qazaxda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Qazax rayonunda evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Qazax və Şəmkir rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Qazax rayonunun Qarapapaq kəndindəki evlərin birindən 63 manat və 50 ABŞ dolları, habelə 6700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Süleymanov yaşadığı Şəmkir rayonu ərazisində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top