Tramp seçkilərə müdaxilə edənlərə qarşı sanksiya fərmanı imzaladı

ABŞ Prezidenti Donald Tramp Amerikada seçkilərin gedişinə müdaxiləyə görə xarici təşkilatlara və şəxslərə qarşı birtərəfli sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

Onun sözlərinə görə, fərman təkcə seçkilərə və siyasətçilərin seçki kampaniyasına müdaxilə ilə bağlı məsələləri tənzimləmir, həm də təbliğat və dezinformasiyanın yayılmasını əhatə edir: “Fərman tələb edir ki, milli kəşfiyyatın direktoru seçkilərə xarici müdaxilə ehtimalının müntəzəm qiymətləndirməsini aparsın”.

C. Bolton qeyd edib ki, fərman hansısa konkret ölkəyə aid deyil: “Seçki prosesinin bütövlüyünə təhdidlər bir sıra mənbələrdən gəlir. Biz Prezidentin bu problemin həllini öz üzərinə götürməsini vacib hesab edirik”.

DİGƏR XƏBƏRLƏR

Top