“Apple” yeni “iPhone” smartfonlarını təqdim etdi

“Apple” şirkəti yeni “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone Xr” smartfonlarını təqdim edib.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, “iPhone Xs” və “iPhone Xs Max” smartfonlarının ekranlarının diaqonalı müvafiq olaraq 5,8 və 6,5 düym təşkil edib, piksel həlli isə 2,7 milyondur.

“iPhone Xr” yeni “iPhone Xs”in sadələşdirilmiş versiyasıdır. Smartfonun 6,1 düymlük IPS-ekranı var. Onun 12 meqapiksel həlli olan bir əsas kamerası mövcuddur. Qurğunun korpusu alüminiumdan düzəldilib. Hərçənd “iPhone Xs”də polad çərçivə var. “iPhone Xs” modeli elektron sim-kartla təchiz olunub. Bütün üç versiya A12 prosessorla təchiz edilib, yaddaş isə 512 GB-dır. Bu prosessor əvvəlkilərindən 30 faiz tez işləyir və saniyədə 12 trilyon əməlliyat emal edir.

“iPhone Xs”ın qiyməti 999 dollardan başlayır. “iPhone Xs Max”ın başlanğıc qiyməti isə 1 099 dollardır. “iPhone Xr” 749 dollardan satılmağa başlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top