Mingəçevirdə oğurluqla məşğul olan dəstə SAXLANILIB

Mingəçevir şəhərində oğurluqla məşğul olan dəstə, 3 nəfər ayrı-ayrı vətəndaşa 45 min manat ziyan vurublar.

Oğurluqla məşğul olan dəstə 3 nəfər şəhər sakinlərinə ümumilikdə 45 min ziyan vurublar.

Oğrular ayrı-ayrı evlərdən külli miqdarda qızıl-ziynət əşyaları və pul oğurlayıblar. Dəstə üzvləri etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Bildiriblər ki,törətdikləri cinayət əməldən peşimandılar.

Yeniavaz.com saytına Mingəçevir şəhər polis şöbəsinin müstəntiqi Tahir Şirinov məlumat verərək bildirdi ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar şəhər polis şöbəsinin istintaq bölməsi tərəfindən AzərbaycanRespublikasının CM-nin 177-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-dan cari il avqustun 10-dək olan müddətdə şəhər ərazisindəki 3 evdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Rəşad Abbaszadə, Vasif Ağayev, İsmət Vəliyev və əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyev və Siyavuş Həmzəyev saxlanılıblar.

Şəhər polis şöbəsindən bildirildi ki, şəkildə görünən bu şəxslərin digər cinayət işlərindən xəbərləri varsa Mingəçevir polis şöbəsinə xəbər versinlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top