Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetiriləcək - Nazir

"Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".

Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top