Xarici ticarət dövriyyəsi 20 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 19 milyard 743 milyon 395,2 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 57,6% və ya 7 milyard 220 milyon dollar artıb.

İdxal əməliyyatları üzrə 6 milyard 863 milyon dollar, ixrac əməliyyatları üzrə 12 milyard 880 milyon dollar ticarət həcmi qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 29,5%, ixrac 78,3% artıb

2018-ci ilin ilk 8 ayında ayında ticarət dövriyyəsində 6 milyard dollarlıq müsbət saldo yaranıb və bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top