Azərbaycanda nə qədər qatır olub? - Rayonlar üzrə SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 62 baş qatır mövcud olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, son bir il ərzində qatırların sayı 17, son 2 il ərizdə 41, son 18 il ərzində isə 74 baş azalıb.

Ötən bir ildə 5 rayonda qatırların sayı artıb, 6 rayonda azalıb, 1 rayonda isə qatırların sayı dəyişməyib. 2016-cı ildə 11 rayonda, ötən il isə 9 rayonda qatır olub.

Ən kəskin azalma Oğuz rayonunda qeydə alınıb. 2016-cı ildə bu rayonda 14 qatır olduğu halda ötən ilin sonunda Oğuzda qatır olmayıb.

Ən çox artım isə Laçın rayonunda qeydə alınıb. Laçında qatırların sayı son bir ildə 3 başdan 11 başa yüksəlib.

Bu ilin əvvəlinə olan məlumata görə, ən çox qatırın olduğu rayon İsmayıllı rayonu olub - 17 baş.

Ən az qatırın olduğu rayon isə Ağsu rayonu olub - 1 baş.

Azərbaycanın şəhər və rayonlarında qatırların sayı:

Şəhər

və rayonlar

2016-cı il

(baş)

2017-ci il

(baş)

Ölkə üzrə cəmi

79

62

Şəki şəhəri

4

5

Oğuz rayonu

14

-

Astara rayonu

3

2

Lerik rayonu

4

8

Yardımlı rayonu

15

2

Xaçmaz rayonu

2

2

Beyləqan rayonu

2

-

Ağcabədi rayonu

2

-

Laçın rayonu

3

11

İsmayıllı rayonu

18

17

Ağsu rayonu

-

1

Ordubad rayonu

12

14

Məlumat üçün qeyd edək ki, əsasən yükdaşımada istifadə olunan qatırlar at və eşşəklərin cütləşməsindən əldə olunur.

DİGƏR XƏBƏRLƏR

Top