Əcnəbilərin Azərbaycanda nə qədər pul xərclədikləri AÇIQLANDI

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, gələnlərin 31,5 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3 faizi yanvar, 10 faizi fevral, 16,7 faizi mart, 13,2 faizi aprel, 12,6 faizi may, 16,2 faizi iyun, 20 faizi isə iyul ayında ölkəyə gəlib. Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub. 2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 faiz artaraq 614,2 min nəfər olub.

Cari ilin yanvar-iyul aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Mərkəzi Bankın məlumatına əsasən 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 747 milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 144 milyon manat və ya 24 faiz artıb. 2018-ci ilin iyul ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 32 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top