Rusiya Yaponiyaya sülh müqaviləsi bağlamağı təklif etdi

Rusiya Prezidenti Vladimir Putin Yaponiyaya heç bir ilkin şərt olmadan ilin sonunadək sülh müqaviləsi bağlamağı təklif edib. Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, V. Putin təklifi Şərq İqtisadi Forumunun plenar iclasında edib.

Rusiya Prezidenti iclasda iştirak edən Yaponiyanın Baş naziri Sindzo Abeyı müraciət edərək bildirib: “Gəlin sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək, heç bir ilkin şərt olmadan”. Zalda olanlar V. Putinin sözlərini alqışlarla qarşılayıblar.

V. Putin qeyd edib: “Sonra isə sülh müqaviləsi əsasında dostlar kimi bütün mübahisəli məsələləri həll etməyə davam edək. Mənə elə gəlir ki, bu bizim 70 il ərzində öhdəsindən gələ bilmədiyimiz bütün problemlərin həllində işimizi yüngülləşdirərdi”.

Rusya Prezidenti diqqətə çatdırıb ki, bu sadə fikir onun ağlına elə burada və indi gəlib. Onun sözlərinə görə, Rusiya və Yaponiya arasında mübahisəli məsələlərin həlli üzrə danışıqlar 70 ildir gedir: “70 ildir danışıqlar aparırıq”. S. Abe deyib: “Gəlin yanaşmaları dəyişək, Gəlin”.

Xatırladaq ki, Yaponiya 1855-ci il tarixli Ticarət və sərhədlər haqqında ikitərəfli müqaviliyə istinad edərək Kunaşir, Şikotan, İturup və Xabomai adalarına iddia edir. Tokio adaların qaytarılmasını Rusiya ilə sülh müqaviləsinin bağlanmasında şərt kimi irəli sürüb. Tərəflər arasında sülh müqaviləsi II Dünya müharibəsi başa çatdıqdan sonra imalanmayıb.

1956-cı ildə SSRİ və Yaponiya Birgə bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Moskva sülh müqaviləsi bağlandıqdan sonra Xabomai və Şikotan adalarının Yaponiyaya verilməsi imkanını nəzərdən keçirməyə razı olub, Kunaşir və İturupa adalarının taleyinə toxunulmayıb.

Moskvanın mövqeyi ondan ibarətdir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin yekunu üzrə SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın onlar üzərində suverenliyi şübhə doğurmur.

DİGƏR XƏBƏRLƏR

Top