Putin: Skripalı zəhərləyəni tapmışıq

Rusiya hakimiyyətinə Skripalların işi üzrə şübhəlilərin şəxsiyyətləri məlumdur. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

O bildirib: “Biz onların kim olduğunu bilirik, onları tapmışıq. Söhbət mülki şəxslərdən gedir. Ümid edirəm ki, onların özləri ortaya çıxacaq və hər şeyi danışacaqar. Mən onlara müraciət etmək istəyirəm, qoy, onlar hansısa kütləvi informasiya vasitəsin gəlsinlər. Sizi əmin edirəm ki, orada xüsusi criminal tərkibli heç nə yoxdur”.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiyanın Dövlət Kəşfiyyat İdarəsinin (DKİ) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya zəhərləniblər. London baş vermiş hadisədə Rusiya dövlətini günahkar bilib. Moskva isə bunu qətiyyətlə inkar edir. Britaniya tərəfi sentyabrın əvvəlində Skripalları zəhərləyən iki şübhəlinin (Aleksandr Petrov, Ruslan Boşirov) şəkillərini paylaşaraq onların DKİ-nin zabitləri olduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top