“Sınıq Körpü”də tikilən yeni mərkəz istifadəyə verilir


“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, mərkəzin tikilməsində məqsəd sıxlığın aradan qaldırılmasıdır:

“Bu yenilik sərnişinlərlə bağlı deyil. Yük maşınlarının qeydiyyatının tezləşdirilməsi məqsədi daşıyır. Sərnişinlərin sıxlığına gəlincə, prezidentin bu barədə tapşırığı var. Sərhəd keçid məntəqələrinin maddi-texniki bazaları yenilənəcək. Bunun üçün maliyyə də nəzərdə tutulub”.

O, Ticarətin Asanlaşdırılması Mərkəzinin bu ayın sonunda istifadəyə veriləcəyini deyib.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top