ATƏT-in insan haqları üzrə müşavirəsində əlbəyaxa dava VİDEO

Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsi zamanı Tacikistan hökumətinin nümayəndələri ilə bu ölkənin müxalifət təmsilçiləri arasında dava olub.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, tədbirin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzu rəsmi nümayəndə heyətinin üzvləri ilə söhbət etmək istəyib.

S.Orzunun sözlərinə görə, o, Tacikistanın İslami İntibah Partiyasının sabiq üzvü Aemiddin Sattorovla şəkil çəkdirmək istəyib. Düşənbənin rəsmi nümayəndə heyətinin üzvü əvvəlcə onu sifətindən yumruqla, daha sonra ayaqla vurub.

Hotel əməkdaşları müdaxiləsi ilə davanın qarşısını almaq mümkün olub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT/DTİHB) bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top