"Putinin hakimiyyətə gəlməsinin səbəbkarı Ştirlitsdir"

Britaniyalı kino tənqidçisi Endryu Meyl Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsi səbəbinin “Baharın 17 anı” serialı olduğunu bildirib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, E. Meylin sözlərinə görə, Tatyana Lioznovanın 12 seriyalı televiziya filmi Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sifarişi ilə çəkilib və komitənin işçilərinin , o cümlədən kəşfiyyatçıların nüfuzunu artırmağa və DTK-ya yeni insanları cəlb etməyə hesablanıb.

Kinotənqidçinin fikrincə, serialın əsas personajı olan ştandartfürer Maks Otto fon Ştirlits, sovet kəşfiyyatçısı SSRİ-də milli qəhrəmana çevrilib, onun barəsində lətifələr isə sovet folklorunun ayrılmaz hissəsi olub.

E. Meyl əlavə edib ki, SSRİ dağılandan sonra “Baharın 17 anı” filmin maraqlı davamı olub. Sankt-Peterburqli rejissor 1991-ci ildə daha əvvəl Şərqi Almaniyada kəşfiyyatçı işləmiş yerli siyasi fəaliyyat haqqında qısametrajlı film buraxıb. Həmin adam Vladimir Putin olub. Qısametrajlı filmin səhnələrinin biri T. Lioznovanın serialının sonunu təkrarlayıb.

O qeyd edib: “Və bu da bir-birinə bağlandı. İnsanlar Putini Ştirlitslə əlaqələndirməyə başladılar. Putin Ştirlitsin onu casus olmağa ilhamlandırdığını birbaşa heç vaxt deməyib. Lakin serial çıxanda onun 21 yaşı varıydı və bundan iki il sonra DTK-ya daxil olub”.

E. Meyl, həmçinin “Kommersant” qəzetinin 1999-cu il tarixli nömrəsini xatırladıb: “Həmin nömrədə oxucular arasında kimi Rusiyanın növbəti prezidenti gömək istərdiniz mövzusunda sorğu yer alıb. Sorğuda ikinci yeri Ştirlits tutmuşdu”.O belə qərara gəlib ki, V. Putinin hakimiyyətə gəlişi ilə Ştirlitsə qarşı xalq sevgisi arasında müəyyən bağlılıq var: “Lakin indi Rusiyada az adam bu uyğunluğu görməyə davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top