Kim Trampa məktub yazıb

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan yeni görüş təklifi ilə bağlı məktub alıb.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktub "mehriban" və "isti" (münasibətlər nəzərdə tutulur - red) olub.

Sanders əlavə edib ki, ABŞ yeni görüşün keçirilməsinə açıqdır. Hazırda iki tərəf arasında bununla bağlı danışıqlar aparılır.

"Məktubun (Kim Çen Inın məktubu- red) əsas məqsədi prezidentlə (Donald Tramp-red) daha bir görüşün planlaşdırılmasını təklif etməkdir. Biz ona hazırıq", - deyə o bildirib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top