Azərbaycanın axtarışa verdiyi separatçı Rusiyada həbs edilib

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Fəxrəddin Abbasov Moskva şəhərinin Lyuberesko rayon məhkəməsinin qərarı ilə Azərbaycana təhvil verilməsi məqsədilə həbs olunub. Yeniavaz.com "Regnum" xəbər agentliyinə istinadən bildirir ki, Fəxrəddin Abbasov 1993-cü ildə Azərbaycanın cənubunda qurulan separatçı Talış-Muğan Respublikasının Parlament sədri olub. 1994-cü ildə Rusiyaya qaçıb. 2005-ci ildə yenidən Azərbaycana qayıdıb və burada talış dilində qəzet nəşr edib. Bundan sonra yenidən Azərbaycanı tərk edib və 2010-cu ildən Moskva şəhərində yaşayıb. 2014-cü ildə Rusiya vətəndaşlığı almaq üçün rəsmi müraciət edib.

Mətbuatın yazdığına görə bu ilin 14 iyul tarixində Səbail rayon məhkəməsində Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələrinə əsasən həbs qərarı çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top